Bu gün səhər saatlarında Rusiya paytaxtı Moskvanın cənub - şərqində naməlum şəxslər tərəfindən azərbaycanlı güllələnib. Paytaxtın hüquq - mühafizə orqanlarından verilən məlumata görə, cinayət yerli vaxtla 11:00-da Verxniye küçəsi, korpus 1-də yerləşən 42 saylı binanın qarşısında törədilib.
Məlumatda bildirilir ki, naməlum şəxslər həmyerlimizə bir neçə dəfə atəş açaraq aradan çıxıblar. Bəzi məlumatlara görə, cinayəti iki nəfər törədib.
Qətl yerində əməliyyat-istintaq qrupu fəaliyyət göstərir və cinayətin tam təfərrüatını müəyyən etməyə çalışır. Öldürülən kişinin şəxsiyyəti məlumdur, lakin istintaq maraqları səbəbindən onun adı açıqlanmır. ANSPRESS
Moskvada azərbaycanlı güllələnib
Moskvada azərbaycanlı güllələnib. Hadisə iki nəfər tərəfindən törədilib.




Şərhlər