Ötən gün axşam saatlarında Moskva-Bakı qatarında 43 yaşlı kişi qəfildən ölüb. Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadənin ANS PRESS-ə verdiyi məlumata görə, Moskvadan Bakıya gələn 1970-ci il təvəllüdlü Musa Əziz oğlu Hüseynov qatarda keçinib.
Hadisə baş verərkən, M.Hüseynov qatarla tək gəlirmiş. M.Hüseynovun Moskvada aşbaz işlədiyi bildirilir. Hazırda onun ölümünün səbəbləri araşdırılır.
Moskva Bakı qatarında bitən ömür
Ötən gün axşam saatlarında Moskva-Bakı qatarında 43 yaşlı kişi qəfildən ölüb.




Şərhlər