Mingeçevirde iki KamAZ toqquşub
08 Sentyabr 2013 Bazar 12:46
Mingeçevirde KamAZ markalı iki yük avtomobili toqquşub.
ANS PRESS-in Kanal S-ə istinadın xəbər verir ki, Mingəçevirdə “KamAZ” markalı iki yük avtomobili toqquşub. Hadisənin baş verməsinə səbəb isə minik avtomobili olub. Belə ki minik avtomobili işıqforun qadağanedici qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib.
Elə hadisə də bu zaman baş verib. İrəlidə hərəkətdə olan 09 BH 644 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomaşının sürücüsü qəfildən əyləci basıb.
Nəticədə arxadan gələn 1966-ci il təvəllüdlü İbrahimov Firuddin Əsgər
oğlunun idarə etdiyi 32 BB 69 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomaşın qarşısında hərəkətdə olan digər "KamAZ"ın yük yerinə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yalnız Firuddin İbrahimovun idarə etdiyi avtomaşının qabaq hissəsi əzilib. Faktla bağlı araşdırmalar aparılır.
DOSTLARINLA PAYLAŞ: