Milli Parkda yanğın başlayıb
27 İyun 2013 Cümə Axşamı 16:18
Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.
Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ilkin ehtimala görə yanğın "Salyan Oil" şirkətinə məxsus neft daşıyan avtomobilin yaxınlıqdan keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.

Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.

Hazırda ETSN-nin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən davam edən yanğının söndürülməsi və qarşısının alınması üçün təcili tədbirlər həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar