Hadisə

Milli Parkda qadın intihara cəhd göstərib

Günel İsmayılova özünü dənizə atmasının səbəbləri araşdırılır

· Xəbərçi
Milli Parkda qadın intihara cəhd göstərib

Bakının Səbail rayonu ərazisində, Milli Parkda qadın özünü dənizə ataraq intihara cəhd göstərib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Cəlilabad rayon sakini Günel İsmayılova intihar etmək məqsədilə özünü dənizə atıb. Onun intihara cəhdinin qarşısı alınıb. Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. /ANS PRESS/

Şərhlər