Hadisə

Məşhur aparıcının anası vəhşicəsinə döyülüb

Andrey Malaxovun 68 yaşlı anasının vəziyyəti ağırdır

· Xəbərçi
Məşhur aparıcının anası vəhşicəsinə döyülüb

 

Məşhur televiziya aparıcısı, jurnalist Andrey Malaxovun anası cinayətkarların qurbanına çevrilib. 68 yaşlı Lyubov Nikolayevna ağır vəziyyətdə Sklifosovsk adına xəstəxanaya çatdırılıb. 
Hadisə avqustun 1-i gecə saat 2.00 radələrində baş verib. Ostajenko küçəsi, ev 33-ün yanında qadına hücum edən naməlüm şəxslər onu vəhşicəsinə döyüblər. 
 
Hazırda Fransada olan Andrey Malaxov hadisə haqqında yenicə məlumat aldığını,  bununla bağlı heç nə deyə bilməyəcəyini və Moskvaya qayıdacağını söyləyib.
 
Qadının hansı səbəbdən döyülməsi isə müammalıdır.  /ANSPRESS/

 

Şərhlər