Yardımlı rayonunda orta məktəbdə yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Urakəran kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 480 kv.m olan kənd orta məktəbində sinif otağının taxta konstruksiyalardan ibarət tavanı 35 kvadratmetr sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.
Məktəbdə yanğın baş verib
Yardımlı rayonunda orta məktəbdə yanğın olub.




Şərhlər