Hadisə

Məktəb soyğunçuları tutuldu

Təhsil ocağından kompüter və printer aparan şəxsləri Xətai polisi yaxalayıb.

· Xəbərçi
Məktəb soyğunçuları tutuldu
Bakıda məktəb soyğunçuları tutulublar. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 14-nə keçən gecə N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, monitor və printer oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov tutulublar.

Şərhlər