Məhbuslar maşın qaçırdıblar
    08 Sentyabr 2009 Çərşənbə Axşamı 13:40
    Məhkum olunmaq da “dərs” olmadı. Məhbuslar maşın qaçırdılar.
    
                	 
    
         Paytaxtda məhbuslar avtomobil qaçırıb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, sentyabrın 3-də saat 02.20 radələrində 4 naməlum şəxs 3-cü mikrorayon dairəsində Bakı şəhər sakini Nurlan İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Sabunçu qəsəbəsinə gedəcəklərini bildiriblər. Sabunçu qəsəbəsi Ş.Əsədullayev küçəsində onlar N.İbrahimovu bıçaqla hədələyərək avtomaşınını ondan alıblar. 
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 və 2 saylı Cəzaçəkmə Müəssisələrində cəza çəkənlər Elşad Tağıyev və Şafəddin Xəlilov tutulub. 
DOSTLARINLA PAYLAŞ: