Maşın Mil-Muğan kanalına düşüb
08 Mart 2009 Bazar 16:05
Ağır yol qəzası nəticəsində 4 nəfər ailə üzvü boğularaq ölüb

Bu gecə saat 2-radələrində Hacıqabul-Horadiz yolunun 98-ci km-də, İmişli rayonun Qaradonlu kəndi ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, içərsində bir ailənin 4 üzvü olan "VAZ 2106" markalı avtomobil Mil-Muğan su kanalına düşüb. Nəticədə ailə başçısı, sürücü 35 yaşlı Rəşid Əbdülrəhim oğlu Qambarçayev, onun həyat yoldaşı 35 yaşlı Dilavər Qambarçayeva, qızı 6 yaşlı Gövhər və oğlu 4 yaşlı Abdulla ölüb.
İlkin məlumata görə, hadisəyə səbəb sürücünün gecə vaxtı yolu aydın seçə bilməməsi olub.
Qeyd edək ki, Rəşid Qambarçayev Fizulidəki Əhmədbəyli hospitalında həkim işləyib. Ailənin  Balakən rayonuna getmək üçnü yola çıxdıqları güman edilir.
Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının və yol patrul xidmətinin əməkdaşları gəliblər. Meyitlərin üçünü artıq  sudan çıxarmaq mükün olub. Lakin sürücünün cəsədi hələdə tapılmayıb.
Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi başlanılıb. Araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar