Masallıda çayxana yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, yanğın ümumi sahəsi 35 kv.m olan çadır talvardan ibarət çayxanada baş verib. Nəticədə çayxana və əşyaları külə dönüb. Bitişik tikililər yanğından mühafizə olunub.
Cəlilabad rayonu, Maşlıq kəndində isə 2 mərtəbəli 6 oyaqlı evdə yanğın qeydə alınıb. Sahəsi 120 kv.m olan natamam tikilmiş evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdkı tikililər yanğından mühafizə olunub.
Masallıda çayxana yandı
Bitişik tikililər yanğından mühafizə olunub.




Şərhlər