Masallı sakini əmisini bıçaqladı
13 Fevral 2013 Çərşənbə 11:05
Həmin şəxs həbs olunub.
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Elçin Fərəcovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Rahid Rzayev şəxsi münaqişə zəminində əmisi, 60 yaşlı Maqsud Rzayevi bıçaqlayıb.

M.Rzayev qarın boşluğunun daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətmiş Rahid Rzayev isə polis tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun barəsində Masallı rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, saxlanılan Rahid Rzayev Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar