Masallı rayonunda ferma yanıb
11 Sentyabr 2013 Çərşənbə 12:00
Masallı rayonunda ferma yanıb. Hadise zamanı xesaret alan olmayıb.
Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə ötən gecə saat 01.30 radələrində rayonun Allahyarlı kəndində 1956-cı il təvəllüdlü Vidadi Xanlar oğlu Məmmədova məxsus fermada qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 480 kvadratmetr olan fermanın dam örtüyü 210 kv.m sahədə və damına yığılmış 45 ton ot bağlamasından 20 tonu yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: