Hadisə

Mahaçqalada partlayış baş verib

Daxili İşlər İdarəsinin binası qarşısında dayanmış avtomobil partladılıb

· Xəbərçi
Mahaçqalada partlayış baş verib
Ötən axşam Mahaçqalada yerli vaxtla saat 21.23-də (Bakı vaxtı ilə saat 22.23) Sovet rayon Daxili İşlər İdarəsinin binası qarşısında partlayış baş verib. Binanın qarşısında dayanmış “Opel” maşınında quraşdırılmış əldəqayırma partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində yanğın baş verib. Yanan maşında naməlum şəxsin meyiti var. İnsident yerində Dağıstan Daxili İşlər Nazirliyi və prokurorluğun əməliyyat-axtarış qrupu işləyir.

Şərhlər