Liftə minən qadın ölümdən döndü
02 İyul 2013 Çərşənbə Axşamı 14:48
Trosu qırılan lift 1-ci mərtəbəyə düşüb.
Bakıda liftə minən qadın ölümlə üzləşib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xətai rayonu X.Məmmədov küçəsi ev 5-in 5-ci mərtəbəsində trosun qırılması nəticəsində liftin kabinası 1-ci mərtəbəyə düşüb. Bu zaman liftdə olan Aytac Ağayeva xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: