Lenkeranda yaşayış evinde partlayış olub
02 İyul 2013 Çərşənbə Axşamı 11:44
Lennkeranda yaşayış evinde baş veren partlayışda bir nefer xesaret alıb.
Lənkəranda yaşayış evində baş verən partlayışda bir nəfər xəsarət alıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin hamamında partlayış baş verib.
Nəticədə, hamamın pəncərə və qapısı dağılıb, mənzildə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alan şəxs xəstəxanaya aparılıb. Yanğın hadisəsi olmayıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.
DOSTLARINLA PAYLAŞ: