Lənkəranda toy yasa çevrildi
02 Aprel 2013 Çərşənbə Axşamı 11:54
25 yaşlı gənc toyu ərəfəsində dünyasını dəyişib.
Ötən gün Lənkəran şəhərində bədbəxt hadisə toyu yasa çevirib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1988-ci il təvəllüdlü Ruslan Sərraf oğlu Hüseynov yaşadığı mənzilin hamam otağında huşsuz vəziyyətdə tapılıb.
Yaxınları onu dərhal xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyib. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin ehtimala görə, Ruslan Hüseynov dəm qazından zəhərlənib.
Yaxınlarının sözlərinə görə, hər iki valideynini itirmiş R.Hüseynov bu yaxınlarda nişanlanıb və toyuna hazırlaşırmış.
DOSTLARINLA PAYLAŞ: