Hadisə

Kürdemirde üsyan

Deputatın bazarında sahibkarlarla polis arasında toqquşma olub.

· Xəbərçi
Kürdemirde üsyan
Avqustun 1-də səhər saatlarında Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkarlar etiraz aksiya keçirib. ANS PRESS-in musavat.com-a istinadən verdiyi məlumata görə, mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.

Hüquq müdafiəçisi Lətafət Məlikovanın musavat.com-a verdiyi məlumata görə, mərkəzi bazarın sahibi deputat Fərhad Qəribovdur.

Aldığımız məlumata görə, etiraz edənlər dəmir yolunu bağlamağa cəhd etsə də, polis qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Polislə qarşıdurma olub. Aksiyaçılar arasında xəsarət alanların olduğu bildirilir.

L.Məlikova bildirib ki, aksiya hələ davam edir.

Şərhlər