Hadisə

Kür çayında gemi yanıb

Gemini yanğından mühafize etmek mümkün olub.

· Xəbərçi
Kür çayında gemi yanıb
İyulun 28-də Yevlax rayonunun Aşağı Qarxun kəndində Kür çayı sahilindəki gəmidə yanğın hadisəsi baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 11 km aralıda, Kür çayının sahilində yerləşən və Ağdaş rayon "PİRƏZƏ" Suvarma Sistemləri idarəsinə məxsus nasos gəmisinin göyərtəsində ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və altında yerləşən 2 ədəd su nasosunun sarğıları yanıb. Gəmi yanğından mühafizə olunub.

Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər