Narkotik madde mehkuma gelen sovqatdan aşkar edilib.
Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, təcridxanada Cinayət Məcəlləsinin 177.2.1, 178.2.1, 177.2.2, 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova uzaq qohumu vətəndaş Vüsal Balasər oğlu Şükürovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı karamel konfetlərinin 2 (iki) ədədinin içərisində gizlədilmiş, xalis çəkisi 4.108 qr olan narkotik maddə “tiryək” aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.