Kişinin sözü bir olar
    16 Sentyabr 2009 Çərşənbə 20:20
    ABŞ-da maraqlı hadisə baş verib
    
                	 
    
         Dünyanın işini bilmək olmur. Sən demə, hələ də söz verib, sözünün üstündə duran kişilər var. Bu yaxınlarda ABŞ-da maraqlı hadisə baş verib. Belə ki, Birləşmiş Ştatların Əfqanıstanda xidmət edən iki əsgəri Barri Delayni və Kevin Elliot həyatda ikən bir-birilərinə söz verib. Yəni, işdir birdən ikisindən biri həyatını itirərsə, sağ qalan o birisinin dəfn mərasiminə qadın paltarında gələcəyinə söz verib. 
İş elə gətirir ki, Elliott Əfqanıstanda gedən döyüşlər zamanı həlak olur. Elliotun yas mərasiminə onun əsgər yoldaşları ilə bərabər ən yaxın dostu Delayni də gəlir. Dostuna verdiyi sözə əməl edərək Delayni sarı rəngli qadın donunda gəlmək məcburiyyətində qalıb. 
DOSTLARINLA PAYLAŞ: