Hadisə

Kişinin bağırsağından heroin çıxdı

Bu barədə Gömrük Komitəsi məlumat verib.

· Xəbərçi
Kişinin bağırsağından heroin çıxdı
Gömrük postunda Azərbaycan vətəndaşının daxili orqanından 1,81 qram heroin aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mehman Abdullayevin üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 1,81 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Şərhlər