Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in verdiyi xəbərə görə, “Kamaz” markalı yük maşını Xaçmaz sakini 22 yaşlı Hacıyev Səhman Həbibulla oğlunu vuraraq, yolun kənarına atıb.
Ağır vəziyyətdə Xaçmaz MRX-na gətirilən yaralıya qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Travmatologiya şöbəsinə yerləşdirən xəstənin vəziyyətinin ağır-stabil olduğu bildirilir.
Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən faktla bağlı ətraflı məlumat verilməyib. Yalnız bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Kamaz piyadanın üstünden keçib
Xaçmazda Kamaz piyadanın üstünden keçib. Piyada ağır travmalarla xəstəxanaya yerləşdirilib.




Şərhlər