Hadisə

KamAZ aşdı, 10 ton pomidor dağıldı

Yük avtomobili gömrük postuna pomidor apararkən hadisə baş verib.

· Xəbərçi
KamAZ aşdı, 10 ton pomidor dağıldı
Gəndob-Yalama yolunun 12-ci km-də, magistralın Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Regional TV-yə istinadən verdiyi məlumata görə, 27 yaşlı Tovuz rayon sakini Tural Muradovun idarə etdiyi 90 EF 482 qeydiyyat nişanlı “KamAZ” markalı yük avtomobili idarəetməni itirərək aşıb.

Qəza zamanı sürücü xəsarət almayıb. Lakin avtomobildə olan 10 tona yaxın yükə ziyan dəyib. Yük avtomobili Şəmkir rayonundan Xaçmazdakı dəmiryolu gömrük postuna pomidor apararkən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər