Hadisə

Jiquli işıq dirəyinə çırpılıb

Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

· Xəbərçi
Jiquli işıq dirəyinə çırpılıb
Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Salamzadə küçəsində qeydə alınan hadisədə üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil işıq dirəyinə çırpılıb. Şahidlərinin sözlərinə görə hadisə “Jiquli”nin sürücüsü anidən avtomaşının idarəetməsini itirməsi nəticəsində baş verib. Bakı şəhər dövlət yol polisi idarəsində faktla bağlı araşdırmalar aparılır.

Şərhlər