İstirahət mərkəzində dəhşətli faciə
19 Avqust 2013 Bazar Ertəsi 16:49
Mərkəzə dincəlməyə gələn ailənin azyaşlı qızı su kanalında boğulub.
Qusar şəhər ərazisində istirahət mərkəzlərinin birində faicə baş verib. ANS PRESS-in Qusar rayon prokurorunun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Qasımovlar ailəsi istirahət mərkəzində olarkən, onların 11 yaşlı qızı ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Şəfa Rəşad qızı Qasımova nəzarətsiz qalaraq, yaxınlıqdakı suvarma kanalına yıxılıb. Nəticədə azyaşlı qız suda boğulub. Rayon prokuroru Zahid Vəliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, onun meyiti bir neçə saat sonra kanaldan çıarılıb.

Qeyd edək ki, hadisəni çəkmək istəyərkən, Qusar rayon polis şöbəsinin əməkdşları ona mane olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar