Hadisə

İsmayıllıda 5 otaqlı ev yanıb

Hadisə Baskal kəndində baş verib.

· Xəbərçi
İsmayıllıda 5 otaqlı ev yanıb
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.AN SPRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Baskal kəndində (rayon mərkəzindən 32 km aralı) ümumi sahəsi 168 kv.m olan 1 mərtəbəli 5 otaqlı evdə baş verib.

Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 148 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şərhlər