İsmayıılı rayonunda tarixi mescid yandı
01 Noyabr 2013 Cümə 10:59
1918-ci ilde tikilen ve tarixi abide kimi qorunmalı olan mescidin hansı sebebden yandığı namelum olaraq qalır.
Bu gece saat 01:30 radelerinde İsmayıllı rayonundakı Sulub kendinde tarixi mescid yanıb. Fövqelade Hallar Nazirliyinin Dövlet Yanğından Mühafize Xidmetinin reisi polkovnik-leytenant İlkin Ceferovun ANS PRESS-e verdiyi melumata göre, hazırda istifadesiz olan mescidin yanması barede melumat daxil olub. Derhal hadise yerine yanğınsöndürenler celb olunub. Alovun qarşısı alınıb.
Qeyd edek ki, Azerbaycan Cumhuriyyeti dövründe, 1918-ci ilde tikilen ve tarixi abide kimi qorunmalı olan mescidin hansı sebebden yandığı namelum olaraq qalır.
“Mescidin erazisi boş olub. Ot-alaf basmışdı. Mescidin yanma sebebi bilinmir. Hadise neticesinde xesaret alan olmayıb”, - deye İlkin Ceferov bildirib.
DOSTLARINLA PAYLAŞ: