Hadisə

İsgəndər Cavadovun oğlu dünyasını dəyişdi

Hadisə bu gün səhər saatlarında baş verib

· Xəbərçi
İsgəndər Cavadovun oğlu dünyasını dəyişdi
Bu gün səhərə yaxın Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib. Hadisə baş verərkən Sübhan Cavadov Lənkəranda ezamiyyətdə olub. İsgəndər Cavadovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda yoldadır və meyitin gətirilməsi üçün gedir.

İsgəndər Cavadovun sözlərinə görə, Sübhan Cavadov asma xəstəsi olub. Lakin konkret olaraq onun ölümünün səbəbləri bilinmir. Ehtimal olunur ki, Sübhan Cavadov ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

Şərhlər