İnternet klubda bıçaqlanma
29 May 2013 Çərşənbə 21:50
Gəncədə III qrup əlil qonşusunu bıçaqlayıb.
Gəncədə 3-cü qrup əlil qonşusunu bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasından Kəpəz rayon Polis İdarəsinə məlumat verilib ki, Gəncə şəhər sakini Abdullayev Samil döş qəfəsinin, qarın və sağ bazu nahiyələrinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya müraciət edib. Araşdırma zamanı məlum olub ki, bıçaqlanma hadisəsi şəhərin 3-cü mikrorayonunda olan internet klubda baş verib.

Sözügedən ərazidə yaşayan 1982-ci il təvəllüdlü Şamil Abdullayevlə ona qonşu ünvanda yaşayan 1991-ci il təvəllüdlü Turqut Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə olub. Mübahisədən bir az sonra 3-cü qrup əlil olan T. Məmmədov bıçaqla Ş. Abdullayeva bir neçə yerdən xəsarətlər yetirib. Bıçaq yaraları alan 31 yaşlı Ş. Abdullayev Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar