İmişlide mal-qara havadan zeherlenib
07 Avqust 2013 Çərşənbə 18:42
Rayonda xeyli iri buynuzlu heyvan ölüb.
İmişli rayonunun Sarıcanlı kəndində iri və xırdabuynuzlu heyvanlarının kütləvi halda xəstəliyə tutulması haqqında məlumatı ANS PRESS-ə kənd sakini Şahin Nəcəfov bildirib.
Zərərçəkmişin sözlərinə görə, baytar məsləhəti ilə heyvanlara müalicə olunub. Amma baytar özü də bu xəstəliyin nə olduğunu bilmir. Ancaq dediyi bütün dərmanları alıb heyvanlara vermişik, xeyri yoxdur. Mal-qara halsız, ayaqları qıc olmuş halda uzanıb, yerindən qalxmır”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətini məsələ ilə bağlı Xidmətin sözçüsü Yolçuxan Vəliyevin ANSPRESS-ə açıqlamasında bildirdi ki, İmişlidəki vəziyyətdən xəbərdardılar: “ Bir neçə gündür ki, Dövlət Baytarlıq Xidmətinin mütəxəsisləri həmin kəndə ezam olunublar. Xəstəlyin bütün kəndi bürüyüb deməzdim, bir neçə evdə heyvanlar bu xəstəliyə tutulub. Heyvanların dəqiq hansı xəstəliyə tutulmasını və nədən zəhərlənməsi isə, İmişliyə ezam olunmuş baytarların götürəcəkləri analizlərdən və labarator müayinələrdən sonra bəlli olacaq. Hələlik xəstəlik barədə qabaqcadan heçnə deyə bilmərik”.
DOSTLARINLA PAYLAŞ: