Hadisə

İdmançının faciəvi ölümü kadrlarda

Motosikletdən yıxılan idmançı arxadan gələn digər motosikletin altında qalıb.

· Xəbərçi
İdmançının faciəvi ölümü kadrlarda
Hollandiyada keçirilən dünya Sidecar (yedəkli motosiklet) çempionatında idmançının faciəvi ölümü ilə nəticələnən ağır qəza baş verib. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, yarışın 6-cı turunda Şandor Pol adlı isveçrəli idmançı motosikletin yedəyindən yıxılıb. Arxadan gələn başqa bir motosiklet isə Polun başına çırpılıb.

Qəzadan sonra xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.






Şərhlər