İdarə müdiri qəzada öldü
30 Sentyabr 2013 Bazar Ertəsi 14:46
Eelektrik şəbəkəsinin müdirinin maşını dərəyə yuvarlanıb.
Bu gün günorta saatlarında Sabirabad rayonunda baş vermiş ağır yol qəzasında müəssisə rəhbəri həlak olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Hacıqabul-Horadiz avtomobil yolunun 36-cı km-də, Yastıqobu kəndi ərazisində “Hyundai-Sonata” markalı avtomobil yoldan çıxaraq çökəkliyə yuvarlanıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 55 yaşlı Qəzənfər Ağayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, 3 övlad atası olan Qəzənfər Ağayev uzun illərdir ki, İmişli-Muğan elektrik şəbəkəsinin müdiri vəzifəsində çalışırdı.






DOSTLARINLA PAYLAŞ:

oyunlar