İçerişeherde amansız qetl baş verib
18 Oktyabr 2013 Cümə 11:03
İçerişeherde amansız qetl baş verib. Emeliyyat-axtarış tedbirleri neticesinde hadiseni töreden şexs tutulub.
İçərişəhərdə qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Bakı şəhər sakini Tərlan Sultanov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində hadisəni törədən Ağamirzə Əlizadə tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar