Hollandiyada türk iş adamı öldürüldü
19 Avqust 2009 Çərşənbə 12:35
35 yaşlı Rasim Soy qeyri-rəsmi həyat yoldaşının keçmiş əri tərəfindən öldürülüb

Bir müddət əvvəl Arzu Çaxmaqçı Erbaş ilə Üfüq Kayakuyuşu adlı türk iş adamlarının hücum nəticəsində həyatlarını itirməsindən sonra Hollandiyada Aksaraylı daha bir türk iş adamı bıçaqlanaraq öldürülüb.

Utrecht yaxınlığındakı Bussum şəhəri stansiyasında meydana gələn hadisə əsnasında 35 yaşlı Rasim Soy iki il birlikdə yaşadığı qeyri-rəsmi həyat yoldaşının keçmiş əri tərəfindən öldürülüb. Hadisə nəticəsində onun birgə yaşadığı 9 aylıq hamilə qadın da bıçaqlanıb.

Şahidlərin sözlərinə görə, qatil əvvəlcə Rasim Soyla bir müddət mübahisə edib. O dəfələrlə «Uşağımı görmək istəyirəm»,- deyə qışqırıb. Şahidlər tərəfindən yaxalanan qatil polislərə təslim edilib. Rasim Soyun əmisi oğlu Erol Soy isə qeyd edib ki, mərhum 2002-ci ildən Hollandiyadadır. O, avqustun sonlarında üçüncü dəfə ata olacaqdı. İş adamı dəfn edilmək üçün İstanbula aparılacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar