Bərdədə baş verən yol qəzası ölümlə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə şəhəri H.Əliyev prospektində baş verib.
Belə ki, Bərdə rayon sakini Aman Əzimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Bərdə rayon sakini Əsəd Məmmədovu vurub. Dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır. Qəzanın səbəbləri də təyin olunacaq ekspertizalardan sonar məlum olacaq.
Heydər Əliyev prospektində ölüm
Heydər Əliyev prospektində ölüm. Bərdədə baş verən yol qəzası ölümlə nəticələnib.




Şərhlər