Hərbi şəhərcikdə ev yanır
02 İyul 2013 Çərşənbə Axşamı 06:18
Gəncə şəhər Yanğından Mühafizə İdarəsi: Alovun başqa tikililərə keçmə ehtimalı yüksəkdir.
Gəncənin 38 saylı hərbi şəhərciyində ev yanır. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə yanğın saat 02.20 radələrində başlayıb. İdarədən bildiriblər ki, hərbi şəhərcikdə taxtadan olan ev yanır və alovun başqa tikililərə keçmə ehtimalı yüksəkdir.

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb edilib. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar