Hərbi hissədə insident yaşandı
01 May 2013 Çərşənbə 12:54
19 yaşlı əsgər tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb.
Azərbaycan Ordusunda insident olub. Hadisə Müdafiə Nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Belə ki, əsgər, 1994-cü il təvəllüdlü Vüsal Rövşən oğlu Cəbiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib.

V.Cəbiyev Bakının Nizami rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar