Hadisə

Herbi avtobus qezaya uğradı

Herbi avtobus qezaya uğradı. Hadise neticesinde bir nefer dünyasını deyişdi.

· Xəbərçi
Herbi avtobus qezaya uğradı
Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Puta qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “KAVZ-685” markalı hərbi sərnişin avtobusu ilə “İJ” markalı motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü 1982-ci il təvəllüdlü Vadim İsmayılov ağır bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Şərhlər