Hadisə

Herbçi qezaya uğradı

Məzuniyyətdən qayıdan leytenant avtomobili aşırıb.

· Xəbərçi
Herbçi qezaya uğradı
Müdafiə Nazirliyinin zabiti yol qəzasına düşüb. APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Göygöl rayonunun Toğana kəndində qeydə alınıb. Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsinin leytenantı Elnur Namiq oğlu Muradov məzuniyyətdən qayıdarkən “VAZ-21011” markalı avtomobilin idarəetməsini itirərək avtomobili aşırıb. E.Muradov müxtəlif bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

Şərhlər