Herbçi öz yoldaşını gülleledi
09 Noyabr 2013 Şənbə 11:14
Herbçiler arasında yaranmış mübahise hadisenin baş vermesine sebeb olub.
Azerbaycan Ordusunda silahlı insident olub. APA-nın melumatına göre, hadise Şemkir Herbi Birleşmesinin Gedebeyde yerleşen “N” saylı herbi hissesinde qeyde alınıb.
Herbi hissenin müddetden artıq xidmet eden herbi qulluqçusu Vüsal Ceferov tabeliyindeki avtomat silahla herbçi yoldaşı, müddetden artıq xidmet eden Mehemmedeli Abbasovu gülleleyib. Neticede ürek nahiyesinden gülle yarası alan herbçi ağır veziyyetde hospitala yerleşdirilib.
İlkin melumata göre, hadiseye herbçiler arasında yaranmış mübahise sebeb olub. Müdafie Nazirliyinin metbuat xidmetinden hadiseye münasibet öyrenmek mümkün olmayıb.
DOSTLARINLA PAYLAŞ: