Gürcüstanda azərbaycanlı jurnalist vəfat etdi
08 Oktyabr 2013 Çərşənbə Axşamı 16:26
Jurnalist sabah doğulduğu torpaqda dəfn olunacaq.
Gürcüstanda ilk Azərbaycandilli qəzet olan “Gürcüstan” qəzetinin Borçalı üzrə xüsusi müxbiri Arif Hüseyn oğlu Hadızadə dünyasını dəyişib.
APA-nın məlumatına görə, A.Hadızadə 1940-cı ildə Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsini bitirib və göndərişlə Gürcüstan paytaxtında nəşr olunan “Sovet Gürcüstanı” qəzetində əmək fəaliyyətinə başlayıb. Gürcüstan SSR və SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
A. Hadızadə 1997-ci il oktyabrın 18-də “Şərəf” medalı ilə təltif olunub. O, eyni zamanda “Sovet Gürcüstanı” qəzetinin nəşr olunmasının 60 illiyi münasibətilə Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.
Jurnalist oktyabrın 9-da Yuxarı Saral kəndində torpağa tapşırılacaq.
DOSTLARINLA PAYLAŞ: