Gürcü qanuni oğru tutuldu
    22 İyul 2013 Bazar Ertəsi 18:23
    Kriminal aləmin “Mirikiya”sının üzərindən 4.4 q heroin götürülüb.
    
                	 
    
         Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi Mərkəzi Federal Rayonun əməkdaşları ilə birgə Novosibirsk vilayətində 61 yaşlı gürcü “qanuni oğru” –Miron Qorgidzeni saxlayıblar. 
ANS PRESS-in Rusiya mətbuatına istinadən yaydığı məlumata əsasən, saxlanma əməliyyatı etnik cinayətkarlıqla mübarizə kampaniyası çərçivəsində aparilib. Axtarış zamanı saxlanılan şəxsin üzərindən 4.4q narkotik maddə olan heroin tapılıb
Kutaisin sakini olan Miron  dəfələrlə kriminal aləmin qəhrəmanı olub. Qeyd edək ki, Miron Qorgidze ilə bağlı sonuncu cinayət işi 2011-ci ilin dekabrında Novosibirskdə  dinlənilib. Həmin vaxt o cəzaçəkmə müəssisəsində  soyğunçuluq etdiyinə görə 3ildən 10 ilə kimi həbs cəzasına  almışdı.
DOSTLARINLA PAYLAŞ: