Hadisə

Göyçayda yanğın: ev sahibəsi xəsarət aldı

Hadisə nəticəsində 5 otaqlı mənzil yanıb.

· Xəbərçi
Göyçayda yanğın: ev sahibəsi xəsarət aldı
Göyçay rayonunda yanğın baş verib. Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 16:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1952-ci il təvəllüdlü Zeynalova Qızbəs Qubad qızına məxsus ümumi sahəsi 306 kvadratmetr olan ikimərtəbəli evdə baş vermiş yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı evin 226 kvadratmetrlik hissəsi içəridəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Evin 80 kvadratmetrlik hissəsi yanğından mühafizə edilib. Hadisə zamanı ev sahibi Qızbəs Zeynalova əl və qolundan yanıq xəsarəti alıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərhlər