Göyçay şəhərində aparılan tikintidə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Natəvan küçəsində qeydə alınıb. Həmin ünvanda Türkiyənin “Atinak” şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində həmin tikinti firmasında fəhlə işləyən Samir və Xaləddin adlı Azərbaycan vətəndaşları torpaq uçqununun altında qalıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində xilasetmə işləri aparır. Uçqun altında qalan şəxslərin taleyindən hələlik xəbər yoxdur.
Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.
Göyçayda fəhlələr torpaq altında qaldı
Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.




Şərhlər