Ötən gün saat 23:25 radələrində Goranboy rayonunda güclü partlayış baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Aşağı Ağcakənd qəsəbəsində Yasin Hüseynova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə evin dam örtüyü, qapı və pəncərələri dağılıb. Partlayış nəticəsində ev sahibi və onun qohumu Vüqar Nəbiyev isə yanıq xəsarətləri aldıqlarından xəstəxanaya yerləşdirilıb. Hazırda onların vəziyyətləri orta-ağırdır.
Goranboyda partlayış baş verdi
Goranboyda qeydə alınan partlayış təbii qaz sızması nəticəsində baş verib.




Şərhlər