Müdafiə Nazirliyinə məxsus hərbi hissədə əsgər yaralanıb. ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayevə istinadən verdiyi xəbərə görə, hadisə Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə qeydə alınıb.
Əsgər Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə 1993-cü il təvəllüdlü əsgər Toğrul Abdullazadə güllə yarası alıb. Əsgərin hərbi hospitala yerləşdirildiyi bildirlir.
Goranboy rayonunda əsgər yaralanıb
Hadisə Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə qeydə alınıb.




Şərhlər