Gəncəli Qoçu həbs olundu
28 Mart 2013 Cümə Axşamı 17:27
Saxlanılan şəxsin baş nazirin keçmiş müavininin yaxın qohumu olduğu bildirilir.
Bu gün saat 14.00 radələrində Qoçu Tofiq oğlu Quliyev Gəncənin mərkəzində özünə məxsus olan “Mercedes” markalı 20 ÇP 311 dövlət qeydiyyat nişanlı maşını ilə birlikdə Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları tərəfindən saxlanılıb. İdarənin əməkdaşları onun üzünə qaz vurub, başına maska keçirərək idarəyə aparıblar.
İdarədə rəis Rasim Qurbanov masanın üzərinə “Makarov” tapançası qoyaraq Qoçu Quliyevə “bu silah səndən çıxıb” deyib.
Hazırda Qoçu Quluyevin həyat yoldaşı və qohum-əqrabası Gəncə Baş Polis İdarəsinin qarşısına toplaşıblar. İdarədən ailə üzvülərinə sızdırılan məlumata görə, silahı zorla Qoçu Quluyevin boynuna qoymaq istəyirlər.
Qeyd edək ki, Qoçu Quliyev baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumudur.
DOSTLARINLA PAYLAŞ: