Gəncənin Hacıkənd qəsəbəsində sərnişin daşıyan mikroavtobus yanıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən məlumat verilib.
Sentyabrın 30-u saat 20:40 radələrində 1969-cu il təvəllüdlü Verdiyev Azər İsgəndər oğlunun idarə etdiyi “QAZEl” markalı, 10 SK 667 dövlət nömrə nişanlı mikroavtobus “5 ulduz” restoranının yanında alışıb. Gəncə Dəvlət Yanğından Mühafizə İdarəsinin 76 saylı yanğın bölməsi əməkdaşlarının müdaxiləsi ilə alov söndürülüb. Ancaq hadisə nəticəsində “QAZEl” yararsız hala düşüb. Maşında tək olan sürücü isə xəsarət alıb və Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanğının mühərrikdə qısaqapanmada nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisənin səbəbləri araşdırılır.
Gəncədə sərnişin mikroavtobusu yanıb
Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib




Şərhlər