Gəncədə ev yandı, ev sahibi xəstəxanalıq oldu
14 Dekabr 2012 Cümə 10:58
Hadisə Kəpəz rayonunda qeydə alınıb.
Gəncədə ev yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında 1 kv.m sahədə döşəmə yanıb. Yanğın zamanı 1 nəfər ev sakini xəstəxanaya aparılıb. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
DOSTLARINLA PAYLAŞ: